İdman

"Millətlər Liqasında bizdən güclü komanda var?" - Kosovonun baş məşqçisi

14 Sentyabr 2018 16:39
0 Şərh     Baxış: 1 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlara D Liqasındakı bütün komandaların adlarını dedim və soruşdum: aşkar şəkildə bizdən güclü komanda var? Onların cavabı aydın idi.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland "Blick" nəşrinə açıqlamasında deyib. 57 yaşlı mütəxəssis komandasının 3-cü qrupda 4 xalla liderliyi ələ almasından sonra iddialı danışıb: "Gürcüstan və Belarus kimi komandalar güclüdürlər, bizdən çox təcrübəyə malikdirlər. Biz yeriməyi yeni öyrənən və arada yıxılan iki yaşlı uşağıq. Amma aşkar şəkildə bizdən güclüsü yoxdur. Millətlər Liqasının qrup mərhələsindən sonra AVRO-2020-nin seçmə oyunları başlayır. Adətən, orada şansımız olmur. Bu, o deməkdir ki, seçmə mərhələ matçları Millətlər Liqasının final mərhələsinə hazırlıq baxımından ideal olar".

Şallandın sözlərinə görə, artıq ev oyunlarını Albaniyada deyil, Kosovoda keçirmələri komandası üçün mühüm amildir: "Kosovoda böyük eyforiya var. İnsanlar Avropa çempionu ola biləcəyimizi fikirləşirlər. Priştinada Farer adalarını 2:0 hesabı ilə məğlub etdik. Stadionumuzun təmir olunması və artıq ev oyunlarımızı Albaniyada deyil, burada keçirməyimiz bizim üçün çox mühümdür. Həmçinin, indi uyğun məşq meydançamız var və Mitrovitsaya getmək üçün 40 km məsafəni qət etməyə gərək yoxdur. İlk oyunlarımızı Fransa və Almaniya kimi komandalara qarşı keçirməməyimiz yaxşı haldır. DÇ-2018-in təsnifat mərhələsində Kosovo yığması 24 qol buraxıb".

Baş məşqçi İsveçrənin "Sürix" komandasının formasını geyinən albaniyalı Mirlind Kryeziunun milliləşdirilməsinə də toxunub: "İsveçrə Futbol Federasiyasının prezidenti Piter Gillironla danışdım və onunla tez ümumi dil tapdıq. Əlbəttə, Kryeziunun adı siyahımda var. İstənilən oyunçu ilə danışa bilərəm. Amma mənim üçün əsas məsələ futbolçunun nə istəməsidir".

Qeyd edək ki, Kosovo yığması Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə edəndən sonra Priştinada Farer adalarını məğlub edib - 2:0. Səfərdə Malta kollektivi ilə də heç-heçə edən (1:1) Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə 2 xalla 3-cü yerdədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.