Haiti mətbuatı "Qarabağ"dan yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Haitinin "Le National" nəşri Azərbaycanın "Qarabağ" klubundan yazıb.
Milli.Az Kenson Dezinin müəllifi olduğu yazının oxuculara maraqlı olacağını nəzərə alaraq məqaləni onların diqqətinə çatdırır.
"Donald Qeryenin də çıxış etdiyi Azərbaycanın "Qarabağ" klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda rəqibi "Kukesi"ni 3:0 hesabı ilə məğlub edərək, mübarizədən kənarlaşdırıb. Beləliklə, Donaldı və komanda yoldaşlarını turnirin qrup mərhələsindən cəmi 2 oyun ayırır.
"Qarabağ" klubu yavaş-yavaş Çempionlar Liqasının qrup mərhələsinə doğru irəliləyir. Azərbaycanın son çempionu ikinci təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubunu mübarizədən kənarlaşdırıb. İlk matçda "Qarabağ" səfərdə 0:0 hesablı heç-heçəyə nail olmuşdu. Donald Qeryenin də meydana çıxdığı və rahat keçən cavab qarşılaşmasında "Qarabağ" doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Meydan sahibləri hesabı 24-çü dəqiqədə Dani Kintananın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla açıblar. Birinci hissə 1:0 hesabı ilə Donaldın komandasının qələbəsilə başa çatıb. İkinci hissədə Dani Kintana yenə də penaltidən fərqlənərək komandasının üstünlüyünü 2 topa çatdırıb. Bu hesab "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsini təmin edirdi. Lakin Con Delarj matçın əsas vaxtının bitməsinə 1 dəqiqə qalmış hesabı 3:0 edərək bütün suallara aydınlıq gətirib.
İndi qrup mərhələsindəki 6 yer uğrunda 12 klub mübarizə aparır. Donaldlı "Qarabağ" növbəti mərhələdə Belarusun "BATE Borisov" klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 7-də "Qarabağ"ın meydanında keçiriləcək. Komanda uğur qazanarsa, Donald Qerye son 2 ildə ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək imkanı qazanacaq. Bu, Haiti çempionatından çıxmış futbolçu üçün görünməmiş müvəffəqiyyət olacaq".
(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
XƏBƏR LENTİ
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat





