İdman

UEFA Avropa Liqasının 1/4 final mərhələsi - Nəticələr

2 Aprel 2010 09:18
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Kazanın "Rubin" klubunu turnirdən kənarlaşdıran Almaniyanın "Volfsburq" klubu səfərdə İngiltərənin "Fulhem" komandasına məğlub olub-2:1. Oyunda hesabı meydan sahibləri açıblar. 59-cu dəqiqədə Zamora fərqlənib. Bundan cəmi dörd dəqiqə sonra Demyen Daff "Fulhem"in üstünlüyünü iki topa çatdırıb. Lakin almanlar 89-cu dəqiqəsində qol vura biliblər. Aleksandr Madlunqun qolu "Volfsburq"un cavab qarşılaşması üçün işini xeyli yüngülləşdirib.

Günün digər qarşılaşmaları:

"Hamburq" (Almaniya)-"Standard" (Bekçika) 2:1
"Benfika" (Portuqaliya)-"Liverpul" (İngiltərə) 2:1
"Valensiya" (İspaniya)-"Atletiko" (İspaniya) 2:2.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 8-də keçiriləcək.

/ANS PRESS/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.