İdman

"Bizi bundan da pis etdilər, amma meydandan çıxmadıq" - Soldado "Beşiktaş"a söz atdı

20 Aprel 2018 18:06
3 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ziraat Türkiyə Kubokun baş verən hadisələr səbəbilə "Fənərbağça" - "Beşiktaş" oyunu yarımçıq dayandırılıb.

Milli.Az xəbər verir ki, "sarı-lacivərdlilər"in ispan hücumçusu Roberto Soldado bu səbəblə sosial şəbəkə hesabından "Beşiktaş"a söz atıb.

Instagram paylaşım edən oyunçu bu sözləri yazıb:

"Dünən baş verənlərə görə çox kədərləndim. Biz başqa stadionlarda bundan daha pis vəziyyətə düşdük. Amma heç vaxt türk futbolunun imicini aşağı salmamaq üçün meydanı bu şəkildə tərk etmədik. İkinci dövrənin başından etibarən matça davam etməmək üçün hər şeyi etdilər!"

Adil Nəcəfov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.