İdman

Azərbaycanlı idmançı Dünya Atletikasının gümüş səviyyəli yarışında qızıl medal qazandı

22 May 2024 22:27
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb.

Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Skidan bir neçə gün öncə Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da qızıl medal qazanmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.