İdman

Alvaro Morata: "Çempionlar Liqasının qalibi olmaq çox çətindir"

14 Sentyabr 2017 13:30
0 Şərh     Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çempionlar Liqasında rəqabət yüksək səviyyədədir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin hücumçusu Alvaro Morata deyib. 

Çempionlar Liqasında (ÇL) ilk oyununu "Qarabağ"a qarşı keçirən London təmsilçisi 6:0 hesablı qələbə qazanıb.

Klubun saytına açıqlama verən Morata bu turnirdə mübarizə aparmağın asan olmadığını bildirib. O, həm "Yuventus", həm də "Real"la ÇL-in finalına yüksəldiyini xatırladıb: "İndiyə qədər formasını geyindiyim bütün komandalarla Çempionlar Liqasının finalına çıxmışam. Bu il də eyni nəticəni təkrarlamağa ümidliyəm. Bu turnirin qalibi olmaq çox çətindir. Amma yaxşı komandamızın olduğunu, bunun da hesabına uğurlu nəticəyə imza ata biləcəyimizi düşünürəm".

İspaniyalı forvard həm İngiltərə Premyer Liqası, həm də Çempionlar Liqasında fərqlənərək, komandasına qələbələr qazandırmaq niyyətindədir: "Bu vaxta qədər "Çelsi"də yalnız başla qollar vurmuşam. Ümidvaram ki, tezliklə ayaqlarımdan da lazımınca istifadə edəcəm. İngiltərə futbolu İtaliya və İspaniya futbollarından fərqlənir. Burda rahatlaşmaq üçün az vaxtın olur. İngiltərədə oynamaq istəyən futbolçu daim yaxşı vəziyyətdə olmalı və hər oyuna ciddi yanaşmalıdır".

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte "Qarabağ"la qarşılaşmada ehtiyat oyunçular skamyasında əyləşən Alvaro Morataya şans verməmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.