İdman

"Qalatasaray" bu futbolçunun "qələmini qırdı"

1 May 2025 15:33
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" yay transfer pəncərəsində böyük ümidlərlə heyətinə qatdığı Karlos Kuesta ilə yollarını ayırmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, Kolumbiyalı müdafiəçinin çıxışından razı qalmayan "sarı-qırmızılılar", həm oyun keyfiyyəti, həm də xarici futbolçu kvotasında yer açmaq məqsədilə yay transfer dövründə onunla vidalaşmağı planlaşdırır.

Qış fasiləsində Belçikanın "Genk" klubundan 8 milyon avroya transfer olunan 26 yaşlı Kuesta Super Liqada cəmi 7 oyunda forma geyinib. Xüsusilə "Kasımpaşa" ilə keçirilən matçdakı zəif performansı azarkeşlərin və rəhbərliyin diqqətindən yayınmayıb. Hal-hazırda Kuesta əlavə məşqlərlə formasını bərpa etməyə çalışsa da, rəhbərlik onun komandada gələcək perspektivini zəif görür.

Məlumatlara görə, "Qalatasaray" yay aylarında həm maliyyə yükünü azaltmaq, həm də daha uyğun bir müdafiəçi transfer etmək üçün Kuestanı göndərməyi planlaşdırır.

Kolumbiyalı futbolçunun hansı kluba keçəcəyi və ya icarəyə verilib-verilməyəcəyi hələlik məlum deyil.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.