İdman

“Yuventus” bu mövsüm ilk titulunu qazandı - VİDEO - FOTO

18 May 2017 08:03
8 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya kubokunda qalibin adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, final görüşündə "Yuventus"la "Latsio" üz-üzə gəlib.
 
A seriyasında çempionluğun bir addımlığında olan "qoca sinyora" kubokdakı şansı da əldən verməyib. Dani Alves və Leonardo Bonuççinin qolları ilə 2:0 hesablı qələbə qazanana Massimiliano Alleqrinin yetirmələri romalıları finaldan əliboş yola salıb.
 
Qeyd edək ki, bu, "Yuventus"un ardıcıl 3-cü, ümumilikdə isə 12-ci kubokudur. 9 dəfə finala yüksələn "Latsio"nun kubok sayı isə 6-da qaldı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ювентус 2:0 Лацио | Кубок Италии 2017 l Финал | Обзор матча

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.