İdman

Simeone İtaliyaya köçə bilər

18 Aprel 2017 15:09
0 Şərh     Baxış: 674

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "İnter" klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdır.

"Neradzurra" hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.

2011-ci ildən "Atletiko"nu çalışdıran Simeone Madrid klubuna İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin Avropa Liqası və UEFA Superkubokunu qazandırıb. Bundan əlavə, Simeonenin rəhbərliyi altında "Atletiko" 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.