İdman

Komandamız Aleksandr Medvedin xatirə turnirində 6 medal qazandı

15 Mart 2010 12:42
Baxış: 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən xəbərə görə, bu yarışda iştirak edən komandalarımız ümumilikdə 4 qızıl və 2 bürünc medal qazanıb. Bu medallardan 3-nü (2 qızıl, 1 bürünc) qadınlardan ibarət yığma komandamız əldə edib. Komandamıza qızıl medalları müvafiq olaraq Olesya Zamula (63 kq) və Nadya Sementsova (67 kq), bürünc medalı isə Gözəl Zutova (63 kq) qazandırıb.
 
Bu turnirlə bərabər Belarus paytaxtında yeniyetmə güləşçilər arasında "Medvejonok" beynəlxalq turniri də təşkil edilib. Komandamız yeniyetmələrin yarışında da 2 qızıl və 1 bürünc medala sahib olub. Kəmalə Əliyeva (49 kq) və Patimat Baqomedova (52 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Aydan Səfərli (46 kq) isə bürünc medalla kifayətlənib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.