İdman

Komandamız “TURK-PA CUP” turnirində finala çıxdı

13 Mart 2010 17:09
Baxış: 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan komandaları qrup görüşlərini qələbə ilə başa vurub.

Yunan-Roma güləşi üzrə:
 
Azərbaycan - Qazaxıstan 4 - 3
Qırğızıstan - Azərbaycan 2 - 5

Sərbəst güləş üzrə:     

Qırğızıstan - Azərbaycan 3 - 4

İlk görüşlərin nəticələrinə əsasən həm yunan-Roma, həm də sərbəst güləş üzrə komandalarımız qrupda lider olub və finala yüksəlib. Komandalarımızın finalda rəqibi Türkiyə pəhləvanları olacaq.
Ankara Atatürk İdman Mərkəzində keçirilən "TURK-PA CUP" beynəlxalq turnirinin final görüşləri 14 mart 2010-cu il tarixdə saat 17.00-dən etibarən TRT-AVAZ kanalından canlı yayımlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.