"Uduzduğum idmançıya paralimpiyaçı deməyə dilim gəlmir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarının təşkilatçılığı sıfır səviyyəsində idi. Bu məsul yarışı "Bakı-2015" I Avropa Oyunları ilə müqayisə etmək mümkün deyil. Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında təmsil edən bayraqdarımız İlham Zəkiyev bu gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib.
İ.Zəkiyev "Rio-2016"dakı uğursuzluğuna belə izah verib: "Uduzduğum özbək idmançıya paralimpiyaçı deməyə dilim gəlmir. Çünki o, 3 il əvvəl sağlam idmançıların mübarizəsində güləşirdi. Hətta onunla görüşdə belə mənə hakim haqsızlığı oldu. Bu, bürünc medal uğrunda qarşılaşmamda da baş verdi. Üstəlik, həmin görüşə çıxanda sağlamlığımda da problem yarandı. Qan təzyiqim 80-dən 50-yə düşmüşdü. Bir az da qızdırmam vardı. Həkimlər mənə bu görüşə çıxmağı qadağan etdilər. Hətta Bakıdan da zəng elədilər ki, bizə medal yox, sən lazımsan. Lakin rəqibim başqa şey fikirləşməsin deyə bürünc medal döyüşünə çıxdım".
Qeyd edək ki, Afina və Londonda keçirilən paralimpiadaların qalibi, Londonda isə bürünc mükafatçı olan təcrübəli cüdoçu Rio-de-Janeyrodan Vətənə medalsız dönüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)





