İdman

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti İçəri Şəhərdə olub

25 Aprel 2011 19:29
Baxış: 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti yanında "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, İçəri Şəhərdə gəzinti YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilən, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası ilə tanışlıqla başlayıb. Abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonağın marağına səbəb olub.

Qonağın gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib, meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib. Gəzinti zamanı xanım qonaq həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib.

İçəri Şəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə davam edib və  kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında informasiya verilib.

Ülyahəzrət Haya Bint Əl Hüseyn Məhəmməd Məscidinə gəlmiş və burada ötən il yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olub.  

Qonaq "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"ında olub və  İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.