İdman

Çempiondan döyülmə xəbərinə reaksiya - FOTO

19 Fevral 2016 12:05
4 Şərh     Baxış: 4 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pauerliftinq üzrə dünya çempionu Ceyhun Vəliyev döyülməsi haqqında yayılan xəbərlərə münasibət bildirib. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, idmançı döyülmədiyini, bu fotoların qadınlara qarşı edilən zorakılığa qarşı fotoaksiya çərçivəsində çəkildiyini bildirib:

"Müxtəlif saytlarda yayılan xəbər və şəkillər sadəcə bir aksiyanın şəkilləridir. Döyülməmişəm. Bu sadəcə "Qadınlara qarşı edilən zorakılığa dur deyək" adlı fotoaksiyadır".

"Hər zaman alışmışıq ki, qadınlara bu cür həssas durumlarda öz həmcinsləri dəstək olsunlar. Bu streotipi Ceyhun Vəliyev sındırdı" fikrinə idmançı belə cavab verib: 

"Niyə məhz bir qadının yox, bir kişinin bu aksiyada iştirak etməsində məqsəd, aksiyaya daha çox diqqətin cəlb edilməsidir. Çünki hansısa bir tanınmış qadın sima bu aksiyanı edəndə artıq cəmiyyət qadını döyülmüş halda görməyi qeyri-adi bir hal kimi qəbul etmir. Həmin tanınmış sima nə qədər tanınmış olsa da, nəticədə bir qadındır. Və biz bunu, çox təəssüf ki, qadın olduğuna görə normal qəbul edirik. Bu aksiyanı keçirməkdə məqsədim həm bir kişi kimi, həm də idmançı kimi insanlara onu çatdırmaq idi. Qadına əl qaldıran şəxs özünü onun yerində heç olmasa bir anlıq da olsa təsəvvür etsin. Həmin kəs üzü-gözü o vəziyyətdə cəmiyyət içinə çıxsa, nə hiss edərdi? Yəqin, döyülmüş bir kişi, hətta mən deyərdim, cəmiyyət içinə belə çıxmazdı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.