İdman

İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu

28 Noyabr 2015 07:12
1 Şərh     Baxış: 1 038

Dünən Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına start verilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə idmançıları 60 kq çəki dərəcəsində Ramin İbrahimov, 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı və 100+ çəki dərəcəsində İlham Zəkiyev yarışın ilk günündə mübarizəyə qatılıblar.

İlk yarış günü idmançılarımız üçün uğurlu başa çatıb. Bayram Mustafayevlə İlham Zəkiyev turnirin qızıl medalını qazanıb. Ramin İbrahimov gümüş medal qazanıb. Kənan Abdullaxanlı isə bürünc medalla kifayətlənməli olub.

Qeyd edək ki, Mustafayev Rio-2016-ya daha öncə lisenziya qazanmışdı. Zəkiyev, İbrahimov və Abdullaxanlı isə bu gün lisenziyanı özləri üçün təmin ediblər.
Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elcin · 28 Noyabr 2015 07:4500

    Halal olsun gardashllara.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.