"Qalatasaray" klubunda ayrılıq yaşanacaq.
Milli.Az xəbər verir ki Alvaro Morata İtaliyanın "Komo" klubuna keçməyə yaxındır. İspan forvardın A Seriyası təmsilçisinə keçidi ilə bağlı sənədlər gələn həftə imzalanacaq.
Morata 1 aya yaxın müddətdir ki, "Komo" klubuna keçidini gözləyirdi.
Qeyd edək ki, "Cim-Bom" 32 yaşlı hücumçunu 2024-cü ilin fevral ayında 1 illik icarə əsasında "Milan"dan heyətinə qatmışdı. Onun klubla sözləşməsinin müddəti 2026-cı ilin yanvarında başa çatacaq.
Milli.Az