Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mövsümündən əvvəl satışa çıxarılan ərik, gilas, qarpız kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi tez-tez müzakirə edilir.
Bəs ilin bu vaxtında satılan bu meyvə və giləmeyvələri istehlak etmək nə qədər məqsədəuyğundur?
Milli.Az xəbər verir ki, qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Marketlərdə, bazarlarda qarpız, gilas və ərik kimi yay meyvə və giləmeyvələrinin may ayında satışa çıxarılması müasir aqrotexnoloji üsullar və idxal imkanları sayəsində mümkündür. Lakin bu məhsulların hamısı eyni dərəcədə təhlükəli deyil. Gilas və ərik adətən yerli istixanalardan, cənub ölkələrindən idxal edilir. Elə də ciddi təhlükə yaratmır. Mövsümündən çox tez satışa çıxarılan qarpız isə tərkibindəki süni böyümə stimullaşdırıcıları və azotlu gübrələrin normadan artıq olması riski baxımından potensial təhlükə mənbəyidir.
Qida təhlükəsizliyi standartlarına görə erkən yetişən meyvə-tərəvəzlərdə əsas risk kimyəvi çirklənmə ilə bağlıdır. Qarpız may ayında təbii günəş işığı və temperatur şəraitində yetişə bilmir. Onun tezləşdirilmiş böyüməsi üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Bitki bu maddələri tam sintez edə bilmədikdə, məhsulun daxilində nitratlar şəklində yığılır. Nitratlar insan orqanizmində daha toksiki maddələrə nitritlərə çevrilir.
Nitritlər qandakı hemoqlobinlə birləşərək methemoqlobin yaradır. Bu maddə oksigen daşıya bilmədiyi üçün toxuma acılığına və kəskin qida zəhərlənməsinə səbəb olur".
Ekspert əlavə edib ki, gilas, ərik kimi meyvələr çoxillik ağaclarda yetişir. Onların may ayında satışda olması ya erkən yetişən sortların istixana şəraitində becərilməsi, ya da daha isti iqlimi olan ölkələrdən idxal edilməsi ilə bağlıdır:
"Ağac meyvələrində nitrat toplanması riski qarpıza nisbətən kəskin dərəcədə aşağıdır. Buradakı yeganə risk məhsulun uzaq məsafədən gətirilməsi üçün istifadə olunan səth qoruyucu pestisid qalıqları ola bilər.
Alış-veriş edərkən istehlakçı olaraq hüququmuzdan istifadə etməliyik. Satıcıdan məhsulun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş laboratoriya analizlərinin nəticələrini tələb edə bilərik. Qarpızı kəsdikdə daxilindəki damarlar ağ deyil, tünd sarı rəngdədirsə, içi həddindən artıq parlaq qırmızı, amma lifsizdirsə kimyəvi stimullaşdırıcıların göstəricisidir".
Asim Vəli qeyd edir ki, gilas və ərik alarkən saplaqlarının yaşıl və təravətli olmasına, qabıqlarının üzərində şübhəli ağ təbəqənin olmamasına baxmalıyıq:
"Meyvələri kəsməzdən əvvəl axar isti su altında təmiz yumalıyıq. Qarpızın qabığındakı bakteriyaların bıçaq vasitəsilə daxili hissəyə keçərək çarpaz çirklənməyə səbəb olmaması üçün təmiz olmalıdır. Kəsilmiş qarpızı otaq temperaturunda 2 saatdan artıq saxlamasaq riski minimuma endirərik. Bakteriyaların sürətlə çoxalmaması üçün dərhal soyuducuya yerləşdirməliyik.
May ayında satılan erkən qarpızlar uşaqlar, hamilə qadınlar, süd verən analar və immun sistemi zəif olan şəxslər üçün yüksək risk daşıyır. Körpələrdə ferment sistemi tam formalaşmadığı üçün nitrat zəhərlənmələri onlarda ölümcül nəticələrə səbəb ola bilər. Bu qrupa aid olanların tam mövsümü iyul ayının sonu, avqust ayıdır. Həmçinin gilas və ərik çəyirdəkli meyvələr qrupuna aid olduğundan allergiyaya meylli şəxslərdə qaşıntı və boğazda qıcıqlanma verə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
Tovuzda hamilə qadın bıçaqlandı
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər
-
Polad Həşimovun anasının son durumu açıqlandı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video - (Yenilənib)
-
Bakıda baş redaktor həbs edildi
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)





