İdman

Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya

18 May 2026 23:45
Baxış: 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

PSJ-nin baş məşqçisi Luis Enrike "Paris" klubu ilə derbidəki məğlubiyyətlərlə bağlı verilən suala sərt reaksiya göstərərək mətbuat konfransını vaxtından əvvəl tərk edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, jurnalist ispan mütəxəssisə müraciət edərək, "Bu mövsüm "Paris"ə iki dəfə məğlub oldunuz, ona görə də..." - deyə sual verməyə çalışıb.

Lakin o, fikrini tamamlamağa macal tapmamış PSJ-nin baş məşqçisi dərhal onun sözünü kəsib: "Yenə, yenə, çox sağ olun!" Bu qısa və kəskin cavabdan sonra Luis Enrike mətbuat konfransının keçirildiyi zalı dərhal tərk edib.

Xatırladaq ki, Fransa çempionatının 34-cü turunun qarşılaşmasında PSJ "Paris"ə 1:2 hesabı ilə məğlub olub. Bundan əlavə, Fransa nəhəngi ölkə kubokunun 1/16 final mərhələsində də liqanın debütantına məğlub olmuşdu (0:1).

Qeyd edək ki, PSJ Liqa 1-də mövsümü 34 oyundan topladığı 76 xalla turnir cədvəlinin zirvəsində başa vurub. "Paris" isə mövsüm ərzində qazandığı 44 xalla çempionatı 11-ci pillədə yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.