Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadrat metr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.
Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanmışdır.
Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.
Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.
Azərbaycan Pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual reallıq əsaslı interaktiv sahələr, kino və turizm guşələri, müxtəlif master-klasslar, eləcə də Azərbaycan mədəniyyəti və milli mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.
WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına "Bakı Baş Planı 2040", enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir.
Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan "Urban Expo" sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli inkişaf yanaşmalarını təqdim edirlər.
Azərbaycan pavilyonunda keçirilən tədbirlərlə bağlı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://wuf13.az/uploads/files/Agenda-of-Azerbaijan-s-Pavilion%20(1).pdf
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
Muaddib “Qarabağ”da məşqlərə başladı - FOTO
-
Televiziya ulduzunun son halını görənlər tanıya bilmir - FOTO
-
Maskalılar qəzetin yerləşdiyi binaya basqın etdilər
-
16 yaşlı futbolçu öldü
-
Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
Novxanıda yanan "AF Hotel" kimindir?
-
Müşavir sədr müavini oldu - FOTO
-
Nazir onu direktor təyin etdi - FOTO
-
Bakıda məşhur hotel YANIR - VİDEO
-
Tramp: İrana daha bir böyük zərbə vurmalıyıq
-
Arvadının saçını keçəl edən şəxsə hökm oxundu
-
Aysel təcili əməliyyat olundu
-
Bakıda kanat olacaq - RƏSMİ
-
Muğanlı–İsmayıllı avtomobil yolunun 5,2 km-lik hissəsi təmir olunub
-
Ronaldo növbəti dəfə ata olur? - FOTO
-
WUF13-ün üçüncü günü başa çatdı (FOTOREPORTAJ)
-
Portuqaliya millisinin heyəti açıqlandı
-
Qızı Əməkdar artisti sevindirdi
-
Arda Gülərə gözlənilməz təklif
-
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir - FOTO
-
Bu ölkə turistlər üçün vizasız qalma müddətini azaldır
-
Görünüş məsafəsi MƏHDUDLAŞACAQ





