Arda Gülərə gözlənilməz təklif
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyanın Real Madrid klubu Türkiyənin milli futbolçusu Arda Güler üçün gələn astronomik transfer təklifini geri çevirib. Səudiyyə Ərəbistanından edilən 80 milyon avroluq təklifin Madrid təmsilçisi tərəfindən dərhal rədd edildiyi bildirilib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın "Fichajes" nəşrinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı klublarından biri Arda Gülər üçün 80 milyon avro ödəməyə hazır olub.
Lakin "Real Madrid" rəhbərliyi gənc ulduzu satmaq niyyətində olmadığını açıq şəkildə göstərib.
Xəbərdə qeyd olunur ki, Madrid klubu Arda Güləri komandanın gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir. Klub rəhbərliyi Ardanı "toxunulmaz" oyunçular siyahısına daxil etdiyini və onunla uzunmüddətli planlar qurduğu vurğulayıb.
2026-cı il Dünya Kuboku öncəsi edilən bu transfer təklifi futbol dünyasında böyük rezonans doğurub. Mütəxəssislər Arda Gülərin mundialdakı mümkün uğurlu çıxışından sonra bazar dəyərinin daha da yüksələcəyini düşünürlər.
Gənc futbolçu bu mövsüm "Real Madrid" forması ilə 50 rəsmi matçda meydana çıxıb. Arda Gülər həmin oyunlarda 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə millisinin əsas ümidlərindən biri sayılan Arda Gülər hazırda həm klubunda, həm də milli komandada gələcəyin ən parlaq ulduzlarından biri kimi göstərilir. (Musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qan şəkərinə necə təsir edir?
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
-
İlboyu səyahəti üçün ən isti yerlər
-
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
-
Bir cüt qolu və iki başı olan uşaq doğuldu
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
4 gün ardıcıl iş olmayacaq
-
Günün qoroskopu: Bu gün keçmişinizdən dərs almaq üçün əla gündür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
-
Alyona Əliyeva Anar Hüseynzadənin "O" adlı sərgisindən görüntülər paylaşıb - (Foto)
-
Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
-
Navainin keçmiş sevgilisi: "Danışmağa başlasam, heç kimin xoşuna gəlməyəcək" - (Foto)
-
Messinin "Barselona"da debütündən 22 il ötür - (Video)
-
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
-
“Muhtemel aşk” final edir
-
Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - (Video)
-
Balde “Barselona”dan gedə bilər
-
“Hamı yazır ki, görəsən, kimin əridir?” - Renka - (Video)
-
Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - (Video)
-
Arda Güler daha 5 il "Real"da
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)





