Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Milli.Az