İdman

Universiadada gimnastlarımız 2 qızıl, 1 gümüş medal qazanıb - FOTO

20 İyul 2025 15:50
Baxış: 328
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar.

Trend xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar. Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alıb. Qrup hərəkətləri komandamız üç top və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalın sahibi olub.

Bu, qızlarımızın tarixə yazdığı bir qələbədir. Universiadalar tarixində gimnastlarımızın qrup hərəkətləri komandası tərkibində ilk uğurudur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.