Ölkə

Sumqayıtdakı yanğında 33 nəfər tüstüdən zəhərləndi - yenilənib - VİDEO

21 İyul 2025 11:38
Baxış: 965
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

11:38

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verib və 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

TƏBİB-dən Milli.Az-a cavab olaraq bildirilib ki, iyulun 20-si saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

Çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən 7 nəfərə (3 qadın cinsli, 4 kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, 3 nəfərə isə (2 qadın cinsli, 1 kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

------------
09:01

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Milli.Az "Report"a istinadla xəbər verir ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kv.metr olan mənzilin 40 kv.metr hissəsi yanıb.

Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü İsmayılova Solmaz Fərzalı qızı, 1973-cü il təvəllüdlü Zamanova Yeganə Alməmməd qızı, 1959-cu il təvəllüdlü Mikayılov Taleh Məmməd oğlu, 2002-ci il təvəllüdlü Süleymanlı Fidan Ədalət qızı, 2024-cü il təvəllüdlü Süleymanlı Emin Elmir oğlu, 2009-cu il təvəllüdlü Süleymanlı Türkan Elşən qızı, 2024-cü il təvəllüdlü Zamanlı Sofiya Elçin qızı, 1983-cü il təvəllüdlü Yaqubova Gülnar Vaqif qızı, 1994-cü il təvəllüdlü Həmidov Zaur Cavanşir oğlu, 1994-cü il təvəllüdlü Məhərrəmli Məhərrəm Məharət oğlu, 1988-ci il təvəllüdlü Vəliyeva İlahə Mirvəzir qızı, 1994-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl Namiq oğlu və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri - 1995-ci il təvəllüdlü Nəsibli Eyvaz Əlövsət oğlu, 1999-cu il təvəllüdlü Mahmudov Həşim Umüd oğlu, 1997-ci il təvəllüdlü Əsədov Valeh Etibar oğlu, 1989-cu il təvəllüdlü Yarıyev Zaur Məzahir oğlu və 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu tüstüdən zəhərlənərək xəstəxaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, iyulun 20-də axşam saatlarında Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.