Ölkə

Azıx mağarası Ümumdünya irsi obyektlərinin siyahısına əlavə edilə bilər

21 İyul 2025 11:20
Baxış: 404
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azıx mağarasının UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına əlavə edilməsi üzərində işlər aparılmaqdadır.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

Direktorun sözlərinə görə, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:

"Danimarkalı mütəxəssislərin iştirakı ilə aparılan tədqiqatların əsas məqsədi paleolit dövründə bölgənin iqlimi, ekoloji durumu, Afrikadan dünyaya yayılan, insanın da daxil olduğu hominin növünün bu ekoloji mühitdə yeri, tarixilənməsi barədə təsəvvürün yaradılmasıdır".

"Bu baxımdan Azıx mağarasının elmi dəyəri ölçülməzdir. Bünun üçün abidədən müxtəlif səpkili nümunələr götürülərək dünyanın ən qabaqcıl laboratoriyalarında müxtəlif çeşidli analizlərə təqdim edilib", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.