15:46
Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm olan "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 22.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
------------
12:01
Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 50 mm borunun yerinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Şərur rayon Şərur şəhərinin bir hissəsində 21.07.2025 tarixdə saat 14:00-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Milli.Az