Dünya

Azərbaycan bayrağı Ermənistanda trend oldu - FOTO

21 İyul 2025 12:29
Baxış: 1 452
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı hadisəni izləyicilərlə bölüşüb.

Milli.Az Konkret.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Ermənistan istifadəçilərinin X platformasında Azərbaycana qarşı etiraz məqsədilə apardığı kampaniya gözlənilməz nəticə verib.

Mütəxəssis qeyd edib:

"Etiraz mesajlarında "Azərbaycan" sözünü yazmaq əvəzinə simvol limitinə görə AZ bayraq emojisini istifadə ediblər. Bu isə X-in alqoritmi tərəfindən Azərbaycan bayrağını Ermənistan üzrə trendin zirvəsinə çıxarıb. Maraqlı, təsadüfi və simvolik bir hadisədir. Dünən #AzərbaycanaSanksiya yazanlar bu gün fərqində olmadan öz trendlərində Azərbaycan bayrağını dalğalandırıblar".

Sosial media alqoritmləri və emosional kampaniyaların bəzən necə əks nəticə verdiyinin daha bir nümunəsi kimi dəyərləndirilən bu hadisə virtual mübarizənin də nə qədər diqqət tələb etdiyini göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.