Avto

Qətər şeyxinin unikal "Maybach"ı satışa çıxarıldı - FOTOlar

20 İyul 2025 16:38
Baxış: 468
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avto.ru saytında unikal "Maybach 62S" limuzini satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, satıcı avtomobilin əvvəllər Qətər şeyxinə məxsus olduğunu iddia edir.

Cəmi 6.5 min kilometr yürüşü olan və 19 il əvvəl istehsal olunmuş avtomobilə 43 milyon rubl (təxminən 931 min manat) qiymət təyin edilib.

Limuzinin uzunluğu təxminən 6.2 metrdir. Altı litr həcmli V12 mühərriki 612 at gücünə malikdir. "Maybach" 100 km/s sürəti 5.2 saniyəyə yığır. Şəhərdə yanacaq sərfiyyatı 100 kilometr üçün təxminən 25 litrdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.