İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vladimir Miçoviç: "Buradakı atmosfer "Neftçi"dəkindən daha yaxşıdı"
29 Yanvar 2011 16:19
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- "Neftçi"də 5 mövsüm keçirən bir qapıçı üçün Azərbaycan çempionatının birinci divizionunda çıxış etmək çətin deyil ki?
- Etiraf edim ki, məndə "Neftçi"dən sonra daha iki kluba keçmək üçün təkliflər var idi. Lakin mən "Abşeron"u seçdim. Klub rəhbərliyinin komandaya münasibətini, məşqçini bəyəndim. Şadam ki, belə qarşısına böyük məqsədlər qoymuş bir klubda çalışıram. Başa düşürəm ki, bu, geriyə addımdı, axı mən heç vaxt birinci liqada çıxış etməmişəm. Ancaq bu komandanın qarşısına qoyduğu məqsədlərə çatmasında yardımçı olmaq istəyirəm. Baxın görün "Abşeron"un necə heyəti var, necə gənc futbolçular cəmləşib burda. Düşünürəm ki, onlardan bir neçəsi gələcəkdə yığmaya da düşəcək.
- Məqsədlərdən söhbət düşmüşkən, aydın məsələdi ki, Premyer Liqaya düşmək istəyirsiz. Hazırda birinci divizionun liderisiz və bu, kifayət qədər realdı. Premyer Liqaya vəsiqə qazandınız, sonra?
- Əlbəttə, öncə Premyer Liqaya düşməliyik ki, qarşımıza daha ciddi vəzifələr qoyaq. Düşünürəm ki, "Abşeron"a Premyer Liqadakı ilk mövsümü çox ağır olacaq. Amma sonrakı mövsümündə klub qarşısına "altılığ"a düşmək vəzifəsini qoya bilər. Bunun üçün də heyətə əl gəzdirmək lazım gələcək.
- Gəncləri buna kökləmək olurmu, ümumiyyətlə, buna necə nail olursuz?
- Psixoloji cəhətdən çox çətindi. Birinci divizion mənim səviyyəmə uyğun deyil. Amma təkrar edirəm ki, burda atmosfer daha yaxşıdı, nəinki o vaxt "Neftçi"də olan.
- Çıxışınız necədi?
- Hələlik normaldı, 6 oyunda bir dənə də qol buraxmamışam. Həm də buna əsas rəqiblərimizdən olan "Rəvan", "Bakılı" və "Neftçi" İSM kimi komandalarla oyunlarda nail olmuşam. İndi də qarşıdakı oyunlara hazırlaşırıq.
- Yəqin ki, keçmiş klubunuzun çıxışını da izləyirsiz...
- Əlbəttə, imkan düşdükcə, Premyer Liqanın oyunlarına baxıram. Şadam ki, "Neftçi" birinci yerdədi və düşünürəm ki, çempion da məhz bu klub olacaq. Startda bir qədər alınmasa da, sonradan hər şey yoluna düşdü. Yeri gəlmişkən, hazırkı heyətimizdə "Neftçi"nin üç gənc futbolçusu da yer alır - Orxan Həsənov, Ruslan Tağızadə və Eşqin Quliyev.
- Bəs rəqiblər barədə nə deyərdiz?
- Hələlik mən əsas rəqib kimi "Xəzər Lənkəran"ı daha səviyyəli hesab edirəm. Bu klub hər il çempionluğa oynayır. Bu mövsüm də mübarizə son tura kimi davam edəcək. Lakin çox təəssüf ölkə kubokunda bu iki komanda arasında final oyunu olmayacaq. "Neftçi"ylə "Xəzər Lənkəran" kubokda erkən qarşılaşmasaydı, super final olardı.
- Daha hansı klubları fərqləndirə bilərsiz?
- AZAL və "Bakı"nı. Həqiqətən, Nazim Süleymanovdan belə komanda gözləmirdim. Ola bilər ki, çox gözəl oyun sərgiləmirlər, amma nəticəyə oynamağı bacarırlar. "Bakı" təəccübləndirir, təbii ki, pis tərəfdən. Düşünməzdim ki, bu klub belə vəziyyətə düşər. O komandada nə baş verir, heç kim bilmir. Ümid edirəm ki, Starkovun gəlişindən sonra işləri qaydasına düşər.
- Keçmiş komanda yoldaşınızın komandasını unutdunuz...
- Subaşiçi deyirsiz? Mən "Qəbələ"dən gələn il üçün nəticə gözləyirəm. Belə infrastrukturu olan klub təbii ki, zəif oyun sərgiləyə bilməzdi. Mən çox şadam ki, Subaşiç yenidən Azərbaycan futboluna qayıtdı və arabir qol da vurur. Ümid edirəm ki, Azərbaycan yığmasına da qayıdacaq.
- Subaşiçdən başqa "Nefçti"dəki sabiq oyundaşlarınızdan daha kimlərlə əlaqə saxlayırsız?
- Çoxlarıyla. Məsələn, yaxınlarda Stefanova zəng vurmuşdum, hansı ki, hazırda ÇSKA-nın ikinci məşqçisidi.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu