İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ruslan Abışov: "Nə vaxta qədər legioner həyatı yaşamayacağıq, inkişaf da az olacaq" - FOTO
24 Yanvar 2011 17:15
Baxış: 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli komandasının və "Neftçi"nin müdafiəçisi Ruslan Abışovun Milli.Az portalına müsahibəsi
- Antalyadakı ilk təlim-məşq toplanışınız necə keçdi?
- Hər şey yaxşı oldu. Hazırlıqlar plana uyğun getdi. Məşqlər çox yorucu olsa da, maraqlı idi. Çünki yeni məşqçi ilə işləmək maraqlı olur. Komandamıza fiziki hazırlıq üzrə məşqçi təyin olunan Mehmet Akı nəzərdə tuturam.
- Yeri gəlmişkən, Mehmet Akın iş sistemi necədir? Əvvəlki fiziki hazırlıq üzrə məşqçiniz Covanni Melkiorredən fərqlənir?
- Mehmet Akın iş sistemi normaldır. Hərəsinin özünə görə məşq sistemi var.
- Bu mövsüm "Neftçi"nin hədəfi həm çempionluq, həm də ölkə kubokunu qazanmaqdır. Səncə, hazırkı heyətlə bu hədəfə çatmaq mümkündür?
- Komandamıza inanıram, çünki bizim əla kollektivimiz var. Allahın köməkliyi ilə hədəfimizə çatarıq. Bunun üçün əziyyət çəkmək, sona qədər mübarizə aparmaq lazımdır. "Altılıq"dakı hər oyun finala bərabər olacaq. Heyətə gəlincə, bu sualı baş məşqçimiz cavab verəsə, daha yaxşı olar. Çünki ən yaxşısını o bilir.
- Bu mövsüm "Neftçi"nin hədəflərinə çatacağına inanırsan?
- Əlbəttə inanıram. İnam olmayan yerdə, uğur olmaz. Allahın köməkliyi ilə məqsədimizə çatarıq.
- Sən komandanın əsas oyunçularından olmaqla bərabər, həm də vitse-kapitansan. Necə fikirləşirsən, "Neftçi"nin yeni oyunçulara ehtiyacı var, yoxsa hazırkı heyət yetərlidir?
- Əsas odur ki, gələn futbolçu səviyyəli olsun, komandaya xeyir versin. Çünki "Neftçi"yə belə futbolçular yaraşır.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var. "Xəzər Lənkəran" əzəli rəqibiniz olmaqla yanaşı, həm də çempionluq yolunda əsas rəqibdir. Bu oyun haqında nə fikirləşirsən?
- Tək "Xəzər Lənkəran"la yox, qarşıda bizi çox oyun gözləyir. Əlbətdəki Lənkərandakı məğlubiyyəti unutmamışam və revanş haqqında fikirləşirəm. Oyunu səbirsizliklə gözləyirəm. Maraqlı və ağır oyun olacaq.
- Lənkərandakı məğlubiyyət yəqin ki, bu oyuna köklənməyinizi daha da asanlaşdıracaq...
- Təbii ki. Oyuna daza həvəslə hazırlaşacağıq.
- Çempionluq yolunda "Neftçi"yə əsas rəqib hansı komandanı görürsən?
- İlk "altılıq"dakı bütün komandalar bizim rəqibimizdir.
- Səncə, "altılıq"dan hansı komanda kənarda qala bilər?
- "Bakı" və ya "Qəbələ". Hər iki komandaya uğurlar arzulayıram.
- Yanvarın 27-də milli komandanın təlim-məşq toplanışı başlayır. Premyer Liqanın startı ərəfəsində bu toplanış klublara ziyan vurmayacaq?
- Yox. Niyə ziyan vurmalıdır ki? Ziyan uyğunlaşmayla bağlı ola bilər. Çünki Premyer Liqanın oyunundan üç gün əvvəl klubun düşərgəsinə qayıdacağıq.
- Yığma komanda üçün hər bir şərait yaradılıb. Berti Foqtsun bütün istəkləri yerinə yetirilir. Amma komanda uğur qazana bilmir. Bunun səbəbi nədir?
- Hər şey birdən-birə olmur. Yığmadakı oyunçuların yaşına nəzər yetirin, əksəriyyəti gənclərdir. Bir də ki, nə vaxta qədər legioner həyatı yaşamayacağıq, inkişaf da az olacaq.
- Futbolçularımızan ölkə xaricinə çıxması həmişə problem olub. Səbəb nədir? Bəlkə burda daha çox qazanırlar deyə, getmək sərf eləmir?
- Yox, mən belə fikirləşmirəm. Sadəcə, bizim futbolçulara xaricdən təklif gəlmir. Şəxsən mənim üçün burda pul qazanmaqdansa, gedib xaricdə oynayıb, inkişaf etmək daha vacibdir. İnkişaf etdikdən sonra pulu daha yaxşı qazanmaq olar.
- Ötən il xarici klublardan təklif almışdın. İndi necə, təkliflər var?
- İndi bu barədə fikirləşmirəm. Hər şeyi zaman göstərəcək. Bu dəqiqə "Neftçi"də tamamlanası işlərim var. Yəni çempion olmaq və kuboku qazanmaq istəyirəm. Düzdü, çətin olacaq, amma bunu bacaracağımıza inanıram.
- Çempion olsan, yayda xaricə getməyini gözləmək olar?
- Hər şey ola bilər. Amma indi bütün diqqətimi yaxşı məşq edib, yaxşı oynamağa yönəltmişəm.
- Müdafiəçi olsan da, tez-tez qol vurursan. Hücuma qoşulmağı sənə məşqçilər tapşırır, yoxsa özün qabağa gedirsən?
- Özüm bunu çox istəyirəm və tez-tez hücumlara qoşuluram. Əsasən də əks-hücumlar zamanı irəli getməyi xoşlayıram.
- Ən gözəl qolunu nə vaxt vurmusan?
- Azərbaycan Kubokunda MOİK-in qapısına. Səhv etmirəmsə, bu 2008-ci ildə olub.
- Bir müddət əvvəl hərbi xidmətə çağırılan futbolçuların arasında sənin də adın var idi. Bu məsələnin axırı necə oldu?
- Yəqin ki, AFFA və klubumun rəhbərliyi bu məsələni yoluna qoydu.
- Bir müdafiəçi kimi Premyer Liqada ən çox qorxduğun hücumçu kimdir?
- Yaxşı hücumçular var. Amma mən heç kimdən qorxmuram. Həmişə güclü hücumçulara qarşı oynamaq istəyirəm.
- Onda sualı belə qoyaq: ən təhlükəli hücumçu kimdir?
- Fikir verməmişəm.
- "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı münasibətlər hamıya bəllidir. Bir gün "Xəzər Lənkəran"dan təklif alsan, nə cavab verərsən?
- "Xəzər Lənkəran" hörmət etdiyim klubdur. Amma həmişə demişəm ki, Azərbaycanda "Neftçi"dən başqa klubda oynamaram.
- Bəs formasını geyinməyi arzuladığın xarici klub hansıdır?
- Reallıq kimi görünməsə də, iki komanda var. "Real" (Madrid) və "Beşiktaş" arzularımın komandasıdır.
Pərvin Kazımoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinin son iki oyunu keçiriləcək
-
DÇ-2026: İspaniya yarımfinala yüksəlib
-
Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib
-
Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir (Foto)
-
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
XƏBƏR LENTİ
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?