İdman

"Neftçi" uduzdu, azarkeşi tutuldu

18 Dekabr 2014 19:28
2 Şərh     Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin bir azarkeşi polis tərəfindən saxlanılıb.

Anspress-in məlumatına görə, "İnter"lə oyunun ilk yarısında "Flaqman" fan-klubunun üzvü Bədirxan Osmanov həbs olunub. "İnter Arena"da saxlanılan azarkeş polis bölməsinə aparılıb.

Qeyd edək ki, Topaz Premyer Liqasında XVII turunun oyunları keçirilib. "İnter" "Neftçi"ni qəbul edib. Hesabı 41-ci dəqiqədə Nikolas Kanales açıb.

64-cü dəqiqədə Junior Nildo bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Məhəmməd Mirzəbəyov "İnter"ə qələbə qazandırıb - 2:1.

"Neftçi" növbəti turda məcburi istirahət etməli olduğundan ili məğlubiyyətlə bitirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.