İdman

Stolüstü tennis üzrə Azərbaycan Kuboku yarışları başlanıb - FOTO

18 Oktyabr 2014 18:14
1 Şərh     Baxış: 1 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Oktyabrın 18-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı "Şüa" İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışların açılış mərasimi keçirilmişdir.

Federasiyadan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını qeyd etmiş, Azərbaycanın mötəbər idman yarışlarının keçirildiyi məkana çevrildiyini vurğulamışdır. Fazil Məmmədov son illərdə stolüstü tennisin inkişafından danışaraq, idmançıların iştirak etdiyi turnirlər, qazandığı uğurlardan bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Açılış mərasimində bu ilin sentyabr ayında məktəblilərin Türkmənbaşı şəhərində keçirilmiş idman-mədəniyyət festivalı çərçivəsində təşkil olunmuş stolüstü tennis yarışlarında Ermənistan idmançısını böyük hesabla məğlub edərək bürünc medala layiq görülmüş tennisçimiz Mətin Həsənzadəyə mükafat təqdim edilmişdir.

Dövlət himnimizin səsləndirilməsindən sonra stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara start verilmişdir.

5 gün davam edəcək yarış həm şəxsi, həm də komanda formatında və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Yarışın keçirilməsində məqsəd Avropa və dünya çempionatlarında iştirak edəcək yığma komanda üzvlərini formalaşdırmaq, eləcə də gənclərin stolüstü tennisə olan marağını artırmaqdır.

Kişi və qadın tennisçilərin iştirak etdiyi tədbir oktyabrın 22-də başa çatacaq və qaliblərə kubok, diplom və hədiyyələr təqdim ediləcəkdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.