İdman

"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi

18 Avqust 2014 12:42
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Tvente" Hollandiya çempionatında növbəti oyununu keçirib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Enshede təmsilçisi II tur çərçivəsində "Ado Den Haaq" klubu ilə qarşılaşıb.


"Qrols Veste" stadionunda baş tutan görüşdə meydan sahibləri aşkar favorit sayılsalar da, oyunda qalib müəyyənləşməyib.


İlk yarıya əlavə edilən birinci dəqiqədə Mokotjonun dəqiq zərbəsi ilə hesabı açan "Tvente" fasiləyə üstünlüklə yollanıb. İkinci hissəyə isə qonaqlar daha fəal başlayıblar. 54-cü dəqiqədə penaltidən tarazlığı bərpa edən "Ado Den Haaq" 77-ci dəqiqədə daha bir qol vursa da, üstünlüyünü sonadək qoruya bilməyib. Matçın sonlarında
"Tvente" Eqhanın qoluyla məğlubiyyətdən qaça bilib.


"Tvente" - "Ado Den Haaq" - 2:2


Mokotjo, 45+1; Eqhan, 86 - Alberq, 54 (pen); van Duynen, 77


Xatırladaq ki, "Tvente" ilk turu da 1 xalla başa vurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.