İdman

Yığmamız Praqada 4 medal qazandı

30 İyul 2014 12:43
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.

Mill.Az apasport.az-a istinadən xəbər verir ki, yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Belə ki, həmyerlilərimizdən Davud Məmmədovla (60 kq) Hüseyn Rəhimli (73 kq) çempion adına layiq görülüblər. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) ikinci yeri tutub. Onlardan fərqli, Firudin Dadaşov (90 kq) bürünc medalla kifayətlənib.
 

Qeyd edək ki, yığmamız komanda hesabında (36 ölkə) 3-cü yeri tutub. Onlar Braziliya (5-2-4) və Ukraynadan (3-0-1) geri qalıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.