Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Öz meydanında "Eibar"la qarşılaşan "Malaga" böyükhesablı qələbə qazanıb və iki oyunun nəticəsinə görə adını növbəti mərhələyə yazdırıb. Doğma azarkeşləri önündə "Osasuna"nı qəbul edən "Valencia" isə çətin qələbə qazanıb. İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən "yarasalar" cavab matçında da meydandan qalib ayrılmaqla növbəti mərhələyə adlayıblar.
İkinci oyun günündə "Sevilla" "Mallorca"ya uduzsa da, növbəti mərhələyə adlayıb. "Real" ilk oyunda uduzduğu "Celta"dan qisasını darmadağınla alıb və növbəti mərhələyə keçib. "Zaragoza" da "Levante" ilə qarşılaşmadan qalib ayrılıb.
Son gündə isə "Getafe" "Atletico" ilə qolsuz heç-heçəyə razılaşmalı olub. "Barcelona" "Cordoba"nı 5 cavabsız qolla yenib. "Betis"ə isə "Las Palmas"la oyunda 1 qol da bəs edib.
İspaniya Kral Kuboku
1/8 final (cavab oyunları)
8 yanvar
Malaga - Eibar - 4:1 (ilk oyun - 1:1)
Valencia - Osasuna - 2:1 (2:0)
9 yanvar
Sevilla - Mallorca - 1:2 (5:0)
Real - Celta - 4:0 (1:2)
Zaragoza - Levante - 2:0 (1:0)
10 yanvar
Getafe - Atletico - 0:0 (0:3)
Barcelona - Cordoba - 5:0 (2:0)
Betis - Las Palmas - 1:0 (1:1)
Milli.Az
------------
15:00
15:00