İdman

Mahir əsas Bundesliqaya transfer olunur: 2 klub istəyir

29 Aprel 2025 11:58
Baxış: 2 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mahir Emrelinin əsas Bundesliqa komandalarından birininə keçəcəyinə dair xəbərlər yayılıb.

Milli.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, iki klubun futbolçumuzun xidmətindən yararlanmaq istəədiy bildirilir. 

Klubu ilə qolları sıralayan Emreli ilə bundesliqanın iki klubu ciddi şəkildə maraqlanır.

Son 3 turda 4 qol vuran 27 yaşlı futbolçumuzun "Düsseldorf"la qarşılaşmada göstərdiyi performans barədə bunlar yazılıb: 

"Düsseldorf"la matçda möhtəşəm performans göstərdi. Bütün təhlükəli həmlələrdə iştirak etdi, təkbətək mübarizələrdən 65% qalib ayrıldı və ötürmələrdə 96% dəqiq oldu. Əla göstəricidir! Qışda Cənubi Koreya klubuna keçidi baş tutmamışdı. Artıq "Nürnberq" rəhbərliyi yayda başa çatacaq müqaviləni uzatmaq barədə düşünə bilər".

BILD-in məlumatına görə, Mahir karyerasını Almaniyada davam etdirmək istəyir. Bu səbəbdən futbolçunun onun "Nürnberq"də qalıb, yenidən 1-ci Bundesliqada oynamaq ehtimalı azalır. Emreli isə karyerasını əsas Bundesliqada davam etdirmək niyyətindədir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.