İdman

Gəncəli peşəkar boksçu Şahlar Nağıyev İnterkontinental GBA kəmər uğrunda çıxışını davam etdirir

10 Yanvar 2013 19:33
0 Şərh     Baxış: 1 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, məğlubiyyət tanımayan Nizami yurdunun təmsilçisi bu dəfə də rinqi başı uca tərk edib. 2011-ci ildən peşakar boksda yumruq oynadan Təhsil respublika idman mərkəzinin Gəncə filialının yetirməsinin xoş sorağı bu dəfə cırtdan ölkə olan Lüksenburqdan gəlib. İnterkontinental dünya kəməri üçün reytinq turnirinə qatılan idmançımız son duelində Devis Cacereslə üz-üzə gəlib. Rəqib rinqdə keçirdiyi 19 görüşün 14-də qələbə qazanmaqla Nağıyevə döyüşün asan olmayacağına işarə vurub. Amma Caceres təcrübəsi və statistik göstəriciləri dəri əlcək ustamızın gözünü qorxutmayıb.

"Mən o yarışda alman bokçusu ilə qarşılaşdım. Birinci raundda qalib olaraq dördüncü döyüşümü də qələbəylə başa vurdum", - idmançımız deyib.

6 mərhələdən ibarət olan bu yarışda orta ağır çəkidə ümumilikdə 1600 peşəkar boksçu mübarizə aparır. Təmsilçimiz sonuncu qələbəsindən sonra reytinq sıralamasında 18 pillə  irəlləyərək 380-ci yerə yüksəlib. Boksçumuz tutduğu mövqeni bir qədər də yaxşılaşdırmaq üçün qarşıdakı rəqibini də yenməlidir.

Şahlar Nağıyev İnterkontinental GBA kəmər uğrunda çıxışa başladığı ilk görüşdə  Minskdə ermənistanlı boksçu üzərində təmiz qələbə qazanıb. Həmyerlimiz 2-ci mərhələdəki rəqibi ilə də məhs Belarus paytaxtında üz-üzə gəlib. Şahlar bu dəfə də yerli idmançının öhdəsindən gəlib. Nağıyev növbəti mərhələdəki döyüşünü isə Almaniyanın Kassel şəhərində keçirib. O, çexiyalı həmkarını sınağa çəkib. 6 raunddan ibarət olan döyüşün 3-cü hissəsində gəncəli boksçu rəqibini təslim olmağa məcbur edib.

Nağıyevin peşəkar boksda artıq müəyyən uğuru da var. Şahlar 2012-ci ilin aprel ayında Gəncədə Avropa şəxsi kəməri uğrunda döyüşdə qələbə qazanaraq ilk tituluna qovuşub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.