İdman

İsak Hacar İtaliya Qran-prisini buraxacaq – Yerinə o çıxış edəcək

3 Sentyabr 2026 08:54
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Red Bull" komandasının fransalı pilotu İsak Hacar "Formula 1" üzrə İtaliya Qran-prisində mübarizə aparmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsak Hacar məşqlərdən birində zədə alıb. Bu səbəbdən fransalı pilot Niderland Qran-prisində də iştirak edə bilməyib.

Hacarın yoxluğunda "Red Bull"un heyətində yenidən Yeni Zelandiya təmsilçisi Liam Louson sükan arxasına keçəcək.

İsak Hacar cari mövsümdə 68 xal toplayıb. O, pilotların şəxsi sıralamasında 8-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, İtaliya Qran-prisi sentyabrın 4-dən 6-dək baş tutacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.