"Red Bull" komandasının fransalı pilotu İsak Hacar "Formula 1" üzrə İtaliya Qran-prisində mübarizə aparmayacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsak Hacar məşqlərdən birində zədə alıb. Bu səbəbdən fransalı pilot Niderland Qran-prisində də iştirak edə bilməyib.
Hacarın yoxluğunda "Red Bull"un heyətində yenidən Yeni Zelandiya təmsilçisi Liam Louson sükan arxasına keçəcək.
İsak Hacar cari mövsümdə 68 xal toplayıb. O, pilotların şəxsi sıralamasında 8-ci mövqedə qərarlaşıb.
Qeyd edək ki, İtaliya Qran-prisi sentyabrın 4-dən 6-dək baş tutacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)