İdman

“Səbail”in adı dəyişdirilir

2 Sentyabr 2026 22:57
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Səbail" futbol klubunun adı dəyişdirilir.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, "Səbail" PFK-nın adının "Quba" adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.