İdman

Rodrinin "Real Madrid"ə transferinin qarşısını alan şəxs bəlli oldu

2 Sentyabr 2026 23:06
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in Rodri transferini etməməsinə səbəb olan şəxs bəlli olub.

Milli.Az xəbər verir ki, klubun təcrübəli müdafiəçisi Dani Karvaxalın klub rəhbərliyinə "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi ilə bağlı sərt xəbərdarlıq etdiyi ortaya çıxıb. İspaniyalı futbolçu komanda yoldaşlarına Rodri variantından imtina etməyi məsləhət görüb.

Karvaxal "Kral klubu"nun idarəçilərinə Rodrinin komandaya qatılmaması yönündə tövsiyə verib.

Bu qərarın əsas səbəbi kimi Rodrinin gəlişinin komanda daxilindəki ab-havaya və paltardəyişmə otağındakı tarazlığa mənfi təsir göstərə biləcəyi narahatlığı göstərilib. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.