İdman

Elvin Cəfərquliyev əməliyyat olundu

2 Sentyabr 2026 20:12
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Xatırladaq ki, futbolçu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə avqustun 13-də keçirilən cavab qarşılaşmasında zədələnmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.