Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Aşqabadda iki ölkənin xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Görüşdə konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər vətəndaşların hüquq və maraqlarının qorunması, o cümlədən mövcud viza rejimlərinin sadələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin miqrasiya, vətəndaşlıq, ədliyyə, təhsil və digər sahələrdə əməkdaşlıq müzakirə edilib.
Görüşün yekununda müvafiq protokol imzalanıb. Növbəti konsulluq məsləhətləşmələrinin 2027-ci ildə Bakıda keçirilməsi barədə razılıq əldə olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
-
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
-
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqlənib - FƏRMAN
XƏBƏR LENTİ
-
Bu yayın ən çox transfer edən klubları bilindi
-
Niderland səfirliyi Azərbaycana təşəkkür edib
-
Taliska ağlayaraq "Fənərbağça"dan getdi
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırdı
-
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
-
"Real"ın gənc ulduzu saxlanıldı
-
Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
-
Məşhur britaniyalı bloqer Lənkəranda başına gələn hadisədən video paylaşdı
-
Kürdəmir və İmişlidə avtovağzal xidməti təşkil ediləcək
-
62 yaşlı türk aktrisanın bağında əyləncəli anlar: Çimərlik geyimində su davası - (Video)
-
Soyuq hava ilə bağlı xəbərdarlıq edildi
-
"Barselona" 2 futbolçusunu göndərdi - Yeni klubları bəlli oldu
-
Mediasiya ilə bağlı yeni kitab işıq üzü gördü - (Foto)
-
Messinin 10 nömrəli formasını o geyinəcək
-
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
-
MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər saxlanıldı - (Video)





