Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.
Onun sözlərinə görə, şirin və kofeinli içkilər bədənin maye ehtiyacını qismən qarşılasa da, tərkibindəki maddələr səbəbindən təmiz suyu əvəz etmirlər:
"Çay və qəhvədəki kofein sidikqovucu təsirə malikdir. Bədənə maye daxil olsa da, eyni zamanda sürətlə xaric olur. Bu səbəbdən də orqanizm susuzlaşır. Şirin içkilər və qazlı sular bədənə həddindən artıq boş kalori və şəkər yükləyir. Bu isə piylənmə və tip 2 şəkərli diabet riskini kəskin artırır. Çayda yüksək miqdarda oksalatlar var. Həddindən artıq çay qəbulu və susuzluq böyrəklərdə daş yaranmasına yol açır".
Mütəxəssis-ekspert bildirib ki, bol su qəbulu metabolizmi sürətləndirir:
"Təmiz su bədəndə birbaşa sorulur, digər içkilər isə orqanizm tərəfindən "qida" kimi qəbul edilir. Onların tərkibindəki maddələri parçalamaq üçün qaraciyər və böyrəklər əlavə enerji sərf edir. Hüceyrələrin təmizlənməsi və qidaları enerjiyə çevirməsi üçün yalnız təmiz həllediciyə, yəni saf suya ehtiyacı var".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi





