Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Aşqabadda iki ölkənin xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Görüşdə konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər vətəndaşların hüquq və maraqlarının qorunması, o cümlədən mövcud viza rejimlərinin sadələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin miqrasiya, vətəndaşlıq, ədliyyə, təhsil və digər sahələrdə əməkdaşlıq müzakirə edilib.
Görüşün yekununda müvafiq protokol imzalanıb. Növbəti konsulluq məsləhətləşmələrinin 2027-ci ildə Bakıda keçirilməsi barədə razılıq əldə olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)