İdman

Qurban Qurbanov Elvin barədə son qərarını VERDİ

13 May 2026 13:28
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov intizam qaydalarını pozan Elvin Cəfərquliyevlə bağlı yekun qərarını verib.

Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçini bağışlamayıb və onu əsas komandada görmək istəmir.

Cəfərquliyevin "Şamaxı" ilə oyundan sonra gecəni klubda keçirməsi səbr kasasını daşıran son damla olub. İntizama qarşı radikal mövqe nümayiş etdirən Qurbanov eyni hərəkətə yol verən Abbas Hüseynovu da əvəzedici heyətə göndərib.

Elvin Cəfərquliyevin peşmançılığı və sosial şəbəkədəki paylaşımları baş məşqçinin qərarına təsir etməyib. 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçu özünə yeni klub tapmasa, fəaliyyətini əvəzedici komandada davam etdirəcək./Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.