Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçiləri Federiko Valverde və Orelen Tçuameni arasında baş vermiş əlbəyaxa dava ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Arbeloa "Real Madrid" klubu ilə qürur duyduğunu deyib.
"Vurğulamaq istədiyim iki vacib məqam var. Birincisi, klubun qətiyyəti, operativliyi və şəffaflığı ilə çox qürur duyuram. İkincisi isə, futbolçular öz səhvlərini etiraf etdilər, peşman olduqlarını bildirdilər və üzr istədilər - bu, mənim üçün tamamilə yetərlidir. Mən onları ictimaiyyət qarşısında çarmıxa çəkməyəcəyəm, çünki onlar buna layiq deyillər. Son dörd ay ərzində onlar mənə "Real Madrid"in futbolçusu olmağın nə demək olduğunu nümayiş etdirdilər və mən bunu unutmayacağam", - deyə mütəxəssis qeyd edib.
Baş məşqçi sözlərinə belə davam edib:
"Valverde və Tçuameni bu klub uğrunda mübarizəni davam etdirmək üçün onlara şans verilməsinə və bizim irəliləməyimizə layiqdirlər. Onlarla çox qürur duyuram. Bu vəziyyətdən istifadə edərək onların peşəkarlığının şübhə altına alınmasına imkan verməyəcəyəm. Onların qeyri-peşəkar olması və mənə qarşı hörmətsizlik etmələri barədə gəzən şayiələr mütləq yalandır. Bəzi futbolçuların mənimlə problemləri olduğuna görə oynamaması fikri də tamamilə yalandır".
Arbeloa klubun uğursuzluğunun məsuliyyətini də öz üzərinə götürüb.
Xatırladaq ki, mayın 7-də məşq zamanı yarımmüdafiəçilər Federiko Valverde və Orelen Tçuameni arasında yaranan şifahi münaqişə sonradan paltardəyişmə otağında əlbəyaxa davaya çevrilib. İnsident nəticəsində uruqvaylı futbolçunun başı yarılıb və o, xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisəyə görə hər iki oyunçu 500 min avro məbləğində cərimə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Həbsxanadakı məhkumun gizli silahı Nərimanovda tapıldı
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Şənbə günü daha həyəcanlı olacaq - Rafael Fiziyev
-
Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Fransada anomal istilər: 68 minə yaxın ev işıqsız qaldı
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
-
36 yaşlı modelin sirli ölümü: Çamadandan meyiti tapıldı
-
Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı





