İdman

“Fənərbağça” azarkeşləri Tedeskonu istefaya səslədilər

27 Aprel 2026 09:10
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Superliqasının 31-ci turunda "Qalatasaray"a məğlub olan "Fənərbağça"da baş məşqçi Domeniko Tedeskonun gələcəyi sual altına düşüb. "Sarı-lacivərdli" tərəfdarlar darmadağından sonra gənc mütəxəssisin istefasını tələb ediblər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "RAMS Park"da keçirilən və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra həm stadionda, həm də sosial şəbəkələrdə Tedeskoya qarşı böyük etiraz başlayıb. Turnir cədvəlində rəqibindən yeddi xal geri düşən İstanbul təmsilçisinin azarkeşləri komandanın nümayiş etdirdiyi oyundan narazı olduqlarını bildiriblər.

Azarkeşlər italyan məşqçinin vəzifəsindən ayrılmasının zəruriliyini vurğulayaraq klub rəhbərliyinə çağırış ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.