Ölkə

“Məzun günü” cib yandırır: Şənlik neçəyə başa gəlir?

27 Aprel 2026 10:47
Baxış: 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məktəblərdə dərs ilinin başa çatmasına az vaxt qalır və artıq bir çox şagirdlər "Məzun günü" şənliyinə hazırlıqlara başlayıblar. Valideynləri isə ən çox maraqlandıran məsələ bu tədbirin ümumilikdə neçəyə başa gəlməsidir.

Milli.Az-ın araşdırmasına görə, "Məzun günü" üçün xərclər seçilən məkan, geyim, foto-video çəkiliş və əlavə xidmətlərə görə dəyişir.

Araşdırmalar göstərir ki, sadə təşkil olunan şənlik üçün minimum 300-500 manat, daha geniş və dəbdəbəli mərasim üçün isə 1500 manatdan çox vəsait tələb oluna bilər. Bəzi hallarda xərclər bundan da yüksək olur.

Ən əsas xərclərdən biri geyimdir. Qız məzunlar üçün libasların qiyməti 80 manatdan başlayaraq 600 manata qədər dəyişir. Ayaqqabı, saç düzümü və makiyaj əlavə olunduqda ümumi xərc 200-800 manat arasında dəyişə bilər. Oğlanlar üçün kostyum qiymətləri 150-700 manat, ayaqqabı və aksesuarlarla birlikdə isə 250-900 manat təşkil edir.

Restoran və ya tədbir zalında keçirilən məzun gecələri də əsas xərclər sırasındadır. Adam başı menyu qiymətləri 30-80 manat arasında dəyişir. Sinif üzrə 20-30 nəfər nəzərdə tutulduqda ümumi məbləğ 600-2400 manat arası dəyişə bilər.

Foto və video çəkiliş xidmətləri üçün 100-800 manat arası ödəniş tələb olunur. Bəzi şagirdlər əlavə olaraq limuzin, dekorasiya, DJ və xüsusi proqramlar sifariş edirlər ki, bu da xərcləri yüzlərlə manat artırır.

Beləliklə, Azərbaycanda "Məzun günü" şənliyi sadə formada təşkil edilərsə 300-500 manata, orta səviyyədə 700-1200 manata, dəbdəbəli şəkildə isə 1500-3000 manat və daha artıq məbləğə başa gələ bilər.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.