İdman

"Fənərbağça" çempion ola bilmədi

26 Aprel 2026 23:01
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Superliqasında İstanbul derbisi "Qalatasaray"ın inamlı qələbəsi ilə başa çatıb.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" öz meydanında "Fənərbağça"nı 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

"Fənərbağça" isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.