Dünya

ABŞ-dəki hücumda hamilə həyat yoldaşını özünə qalxan etdi - FOTO

26 Aprel 2026 23:13
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, Vaşinqtonda keçirilən ənənəvi Ağ Ev Müxbirləri Dərnəyi (WHCA) şam yeməyi qanlı insidentlə nəticələnib. Daxili Təhlükəsizlik üzrə müşavir Stephen Millerin davranışı ölkədə böyük infiala səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə baş verən an səhnədə ABŞ Prezidenti Donald Tramp, birinci xanım Melania Tramp, vitse-prezident JD Vance və kabinet üzvləri olub. Silah səsləri eşidilən kimi Məxfi Xidmət (Secret Service) agentləri dərhal müdaxilə edərək liderlərin ətrafında "insan divarı" hörüb və onları yüksək təhlükəsizlik qaydaları ilə salondan çıxarıblar.

Gecənin ən çox müzakirə edilən kadrları Stephen Millerlə bağlı olub. Videogörüntülərdə Millerin, canını qurtarmaq üçün hamilə həyat yoldaşı Katie Milleri özünə sipər edərək qaçmağa çalışdığı görünür.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.